• Məlahət Hacıyeva

Psixoloq / Psixiatr / Psixoterapevt

Psixologiya insan ruhu və davranışını öyrənən və çox sayda tətbiqi qolları olan elm sahəsidir. Onlardan bir neçəsi:

  • Təhsil psixologiyası psixologiyanın psixoloji nəzəriyyə və konseptləri rəsmi tədris şəraitində öyrətmə və öyrənmənin inkişafı və dərk edilməsi üçün tətbiq edən sahəsidir.

  • Klinik psixologiya psixologiyanın mental, emosional və davranış pozuntularının diaqnoz və müalicəsini öyrənən sahəsidir.

  • Sosial psixologiya fərdin sosial mühitdəki davranışını, mühitin fərd davranışı üzərindəki təsirlərini araşdıran və öyrənən elm sahəsidir.

  • Təşkilat psixologiyası psixologiyanın nəzəriyyə və prinsiplərini insanların təşkilatdaxili və təşkilatla bağlı davranışlarını öyrənən və bunu təşkilatların inkişafına tətbiq edən elm sahədir.

Psixiatriya tibbin mental, emosional və davranış pozuntularının diaqnoz və müalicəsini öyrənən bir sahəsidir.

Psixoterapiya şəxsə davranışını dəyişmək və psixoloji problemlərini arzuolunan yöndə həll etmək üçün psixoloji metodların tətbiq olunmasıdır.


Psixoloq insan ruhu və davranışını psixologiyanın qəbul olunmuş metodları ilə öyrənən elm adamıdır.

Psixoterapevt şəxsə davranışını dəyişmək və psixoloji problemlərini arzuolunan yöndə həll etmək üçün psixoloji metodları tətbiq edən tərəfdir.

Psixiatr psixi pozuntu və maddə bağımlılığı da daxil olmaqla mental sağlamlıq üzrə mütəxəssisləşən və tibb üzrə doktorluq dərəcəsinə sahib olan həkimdir.


Psixoloq / PsixiatrPsixoloqdan fərqli olaraq psixiatrlar psixi pozuntuların müalicəsində dərman müalicəsi tətbiq etmə iqtidarındadırlar. Psixoloqlar isə bunun üçün yalnız psixoterapiya tətbiq edirlər.


0 views

© 2020 by Malahat Hajiyeva.