• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Klinik psixoloq profili



Klinik psixoloq kimdir?

Klinik psixoloq psixoloji sağlamlığın inkişafına yardım edir. Onlar müştərinin həyatında pozitiv psixoloji dəyişikliklər etmək üçün terapiyada incəsənət (art), musiqi, drama, hərəkət və s. kimi müxtəlif metodlardan istifadə edrək müxtəlif müalicə metodları təklif edə bilirlər. Klinik psixoloqlar aşağıdakı kimi müxtəlif psixi və fiziki sağlamlıq problemləri olan bütün yaş aralıqlı müştərilərlə işləyəyirlər:- depressiya, narahatlıq;- psixi xəstəliklər;- sosial və interpersonal problemlər;- nevroloji pozuntular;- zərərli vərdişlər, bağımlılıq;- qida pozuntusu;- şəxsi və ailə münasibətlərində problemlər;- öyrənmə prosesindəki çətinliklər.Klinik psixoloqlar bəlli bir müştəri qrupu (məsələn, uşaqlar; öyrənmə çətinliyi olan insanlar və s.) ilə işləyərək, klinikada və ya digər sosial xidmət sektorlarında fəaliyyət göstərirlər.

Klinik psixoloq fəaliyyəti boyunca nə edir?

Klinik psixoloqlar psixoloji distress və psixi xəstəliklərə diaqnoz qoyur, onları psixoloji-konsultativ sessiyalarda söhbət əsnasında, dərman preparatları tətbiq etmədən, müxtəlif metodlar tətbiq edərək müalicə edir, yaxud ön tədbirlər alırlar. Klinik psixoloqlar qısa müalicə olunan məsələlərlə bərabər, xroniki xəstəliklərdən əziyyət çəkən pasientlərlə də işləyirlər. Onlar həmçinin, psixoterapevt kimi fəaliyyət göstərə bilirlər. Bununla yanaşı həm də:- psixometrik test, müsahibə, və ya birbaşa müşahidə əsasında, müştərinin davranış, tələbat, bacarıqlarını dəyərləndirirlər;- öz fəaliyyətləri boyunca, həkim, dayə, sosial işçilər, təhsil ekspertləri, psixiatrlarla əməkdaşlıq edir, bəlli problemlərin kompleks şəkildə həlli üçün birlikdə də çalışa blirlər;- xidmət sektorunda müştəriyönümlü xidmətin təkmilləşməsi və inkişaf etdirilməsini təmin edirlər;- Öz sahələrinə dair konsultasiya verirlər;- Bilik və təcrübə sferası üzrə təlim, kurs, seminarlar verir, ictimai çıxışlar edirlər;- Karyera konsultasiyaları verə, karyeranın inkişafı üçün dəstəkverici tərəf ola bilirlər;- Psixoloji araşdırma aparırlar; Daha təcrübəli klinik psixoloqlar aidiyyati orqanlara peşəkar psixoloq kimi qanuni olaraq, rapport, akt, rəy yazmaq üçün ekspert qismində dəvət olunurlar. Klinik psixoloqlar müştəridə inkişaf və dəyişikliklərə nəzarət edə bilmək üçün detallı şəkildə qeydlər apara, buna dair sənədləri uzun müddət saxlayırlar.Klinik psixoloqlar *freelance (sərbəst qrafiklə), şəxsi kabinet, özəl və dövlət qurumlarında klinik təcrübə almaq imkanlarına malikdirlər.

Klinik psixoloq olmaq üçün hansı təhsilə sahib olmaq lazımdır?

Bir sıra psixoloqlar klinik psixologiya üzrə magistr dərəcəsi üzərindən iş imkanlarına sahib olurlarsa, daha böyük fəaliyyət imkanları doktorluq dərəcəsi tələb edir. Klinik psixoloq olmaq üçün ilk öncə, psixoloji bakalavr dərəcəsi, ardınca isə klinik psixologiya üzrə magistr dərəcəsi almaqla peşəyə yiyələnmiş olursunuz. Doktorluq dərəcəsi üçün isə 2 seçiminiz vardır ki, bura da PhD (Psixologiya üzrə fəlsəfə elmləri doktoru) və PsyD (Psixologiya elmləri üzrə doktor) daxildir.

Klinik psixoloq hansı bacarıqlara sahib olmalıdır?

- empatiya;- şəxsə yönəlik fərdi yanaşma;- akademik biliklərini tətbiq etmək;- araşdırma;- qərar vermə;- kritik yanaşma və analiz etmə;- özünü motivasiya edə bilmə;- ünsiyyət bacarıqları;- həmkarlar ilə əməkdaşlıq;- təmkin;- dinləmə və s.

Klinik psixoloq harada çalışa bilər?

Bir çox klinik psixoloqlar özəl olaraq çalışır, bununla belə klinik psixoloqlar aşağıdakı müəssisə və məkanlarda fəaliyyət göstərə bilirlər:- hospital;- psixiatriya;- özəl klinika və sağlamlıq mərkəzləri;- uşaq, yeniyetmələr üçün psixi sağlamlıq mərkəzləri;- sosial xidmət sektoru;- məktəb və universitetlər;- həbsxana. Qeyd edək ki, klinik psixoloqlar da bir çox konsultant psixoloqlar kimi, aldığı qeydləri, səs yazıları, diaqnoz və terapevtik nailiyyətləri detallı şəkildə saxlayırlar. Bu qeydlər prosesi izləmək, daha detallı və dəqiq analiz etmək, həmçinin siğortalanma məsələləri üçündür.

Qeyd: Məqalə üçün Britaniya, Amerika və Kanada psixoloq cəmiyyətləri, psixoloq və yazıçı Kendra Cherry, Birminqham Universitetindən David Bond və digər portal və müəlliflərin materiallarından istifadə olunmuşdur.Mənbələr: prospects.ac.uk, allpsychologyschools.com, verywell.com, apa.org, bps.org.uk, cpa.ca

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)