• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

İdeal həyat şərtləri bizi xoşbəxt edə bilərmi?

Updated: May 4, 2019

1972-ci ildə laboratoriya siçanları üzərində aparılan bir eksperiment bu sualın cavabını öyrənməyə çalışırdı. Ən az 3000-dək siçan üçün limitsiz yemək, su ilə təchiz olunmuş və təhlükəsizliklə təmin olunmuş, əlverişli hesab olunan mühit yaradılır və 4 cüt siçan bu mühitə buraxılır. İlk başda hər şey yaxşı görünürdü və siçanlar əlverişli şəraitdən yararlanaraq sürətlə nəsil artırmağa başlayırdılar. Lakin bir mərhələdən siçanların davranışında dəyişikliklər müşahidə olunur. Sosial ierarxiya və qruplara bölünən siçanlar bir-birinə qarşı aqressiv davranır, bir-birlərinin yuvalarına hücum edir, bəzi yeni nəsil siçanları özlərindən uzaqlaşdırır və onlara acımasız davranırdılar. Kənarlaşdrılan siçanların ruh yüksəkliyi aşağı düşür və onlar öz dişi partnyorlarını müdafiədən imtina edirdi. Bununla bərabər, dişi siçanlar yeni doğulan balalarını ya öldürür, ya özləri yeyirdi. Dişilər nəsil artırmaqdan imtina edirdi. Diqqətçəkən məqamlardan biri yeni "növ" davranış nümayiş etdirən siçanlar idi. Onlar heç bir sosial fəaliyyətdə iştirak etmir, sadəcə yeyib-içir və xarici görünüşlərinə qulluq edirdilər. Ümumiyyətlə, bu mərhələdə "siçanlar cəmiyyəti"-ndə hannibalizm və homoseksualizm müşahidə olunurdu və siçanlar nəsil artırmaqdan imtina edirdilər. Davam edən proses siçanların ya məruz qalınan aqressiya, ya da əcəli ilə ölməsi ilə nəticələnirdi ki, bu da "siçan cəmiyyəti"-nin sonuna gətirib çıxardı.

Bu eksperiment 25 dəfə təkrar olunur və eyni şəkildə nəticələnir.

11 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)