• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Şəxsi inkişafın 19 qaydası

Updated: May 21, 2019


e

  1. Ağlınıza idea gəldisə, onu bir yerə yazın. Bütün ideyalarınızı bir yerə not alın, mütləq faydalı olacaq.

  2. Gecikirsiz? Mütləq xəbər edin, sizi boşuna gözləməsinlər. Bu gözlətdiyiniz insanın vaxtını doğru dəyərləndirməsinə yardımçı olmaqla, həm də sizin dürüst biri olmanıza inam yaradacaq.

  3. Sizə bilərək xəyanət edən insanlara qayıtmayın, onlar dəyişmir.

  4. Səhvlərinizi boynunuza almağı bacarın.

  5. Şikayətlənməyi tərgidin, heç kim sizi probleminizi həll etmək üçün himayəyə almayacaq.

  6. Qeybət etməyin, şayə yayılmasına səbəb olmayın.

  7. Çətin situasiyalarda bir cümləni ağlınızda tutun: "Bu keçəcək"

  8. Ən kəskin mübahislərdə belə, ağır sözlərdən qaçın. Mübahisə bitəcək və aqressiya keçəcək. Lakin sözlərin yarası sağalmayacaq və bir sonrakı mübahisə və problemlərə yol açacaq.

  9. Ən çətin və ən ağır işlərinizi günün əvvəlində edin.

  10. "Heç kim sizə kömək etməyə borclu deyil". Bu cümləni həyat prinsiplərinizə əlavə edin ki, insalara olan gözləntiləriniz az olsun və inciməyə səbəbiniz qalmasın.

  11. Təhsilinizlə özünüz məşğul olun. Sizə maraqlı olan kitabları oxuyun, sizə maraqlı olan mövzuları araşdırın.

  12. Olduğunuz mərhələdən bir sonrakı mərhələ üçün çalışın. Məsələn, tələbəsinizsə, universiteti bitirdikdə harada çalışacağınızı, bunun üçün nələrə sahib olmalı olduğunuzu araşdırın. Bu sizi hər kəsdən bir addım öndə edəcək və də universiteti bitirdikdən sonra "indi nə edim?" sualı ilə üzləşməyəcəksiniz.

  13. Liderlik bacarıqlarınızı inkişaf etdirin, insanlarla ünsiyyət metodlarını, biznes, karyera və s. kimi mövzulardan məlumatlı qalın.

  14. Öyrəndiyiniz hər şeyi gündəlik həyatınıza tətbiq edin.

  15. Öyrəndiklərinizi öyrədin.

  16. Pula qarşı mənfi asossiasiyanız yalnız bəzi insanlara görədir, odur ki, pulu sevin. Və onu qazanma yollarını, bu istiqamətdə bacarıqlarınızı inkişaf etdirin.

  17. Xəyal qurun. Gələcəkdə kim olmaq, harda olmaq istədiyinizi xəyal edin. Sonra isə onları kiçik hədəflərə bölün. Xəyallarınızı real edin.

  18. "Heç nə alınmayacaq" deyən və ya məsxərə edən insanlardan uzaq durun, onlar sizi motivasiyadan salmaqdan başqa bir işə yaramayacaqlar.

  19. Fəaliyyətdə olun, hətta hərəkətiniz ən kiçik addımla və ən yavaş sürətlə olsa belə dayanmayın və təslim olmayın.


Artwork by Per Kasch

74 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)