• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Erik Erikson

Erik 1902-ci ildə Almaniyada anadan olub və anası uşaq həkimi olan Teodor Homberger ilə ailə qurana qədər onun himayəsində böyüyüb. Ailə tezliklə Almaniyanın cənubunda yerləşən Karlsrue şəhərinə köçür, və burada Erikin 3 bacısı dünyaya gəlir. Məktəbi bitirdikdən sonra Erik Homberger 1 il boyunca Avropanı səyahət edir və sonra incəsənət məktəbinə daxil olur. Bir müddət o Vyanada incəsənətin tədrisi ilə məşğul olur və elə buradaca gələcək həyat yoldaşı Coan serson ilə tanış olur. 1927-ci ildə o Vyana Psixoanaliz İnstitunda Anna Freydin rəhbərliyi ilə psixoanalizi öyrənməyə və uşaq psixoanalizi üzrə ixtisaslaşmağa başlayır.


1933-cü ildə Erik Birləşmiş Ştatlara köçür və soyadını "Erikson" ("özünün oğlu" anlamını verir) olaraq dəyişir. 3 il ərzində o Harvard Universitetinin tibb fakültəsində dərs deyir, həmçinin Bostonun aparıcı uşaq psixoloquna çevrilir.


Harvarddakı fəaliyyəti boyunca antropoloqlar Rut Benedikt, Qreqori Beytson və Marqaret Mid ilə tanışlıqlar onun fəaliyyətinə xüsusi təsir görtərir. Sonralar Erikson Yel Universitetində, həmçinin San Fransisko, Koloforniya və b. yerlərdə müxtəlif vəzifələrdə çalışır, sonda yenidən Harvarda qayıdır.



Erikson hesab edirdi ki, insanları düşündürən və düşündürəcək olan ən önəmli məsələlərdən biri "Mən kiməm?" sualına cavab axtarmaq olacaqdır. Freyd psixi inkişafı 5 dövrə bölürdüsə, Erikson ondan fərqli olaraq bu inkişaf pilləsini 8 mərhələ ilə əhatələdi. Mərhələlərin biri bitəndə biz böhran dövrü yaşayırıq. Bundan sonrakı fəaliyyətimizlə bağlı seçim etməli olur, və verdiyimiz qərar şəxsiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Erikson elmə ilk dəfə olaraq "şəxsiyyət böhranı" anlayışını gətirib, biz bir çox ədəbiyyatlarda bunu "yaş böhranı" kimi də öyrənirik. Erikson bu nəzəriyyəsi ilə bəlli yaşdan sonra həyatın stabil olması stereotipini qırmış oldu.


Bununla bərabər Erikson Qandi və martin Lüter haqqında yazdığı kitablarla psixoloji bioqrafiya janrının əsasını qoymuşdur. Freydin artıq Eriksona qədər Leonardo da Vinçi haqqında məşhur əsəri ilə bənzər addım atmasına baxmayaraq, Janrın yaranması məhz Eriksonla əlaqələndirilir. Lüter haqqında yazdığı kitabda o şəxsiyyət böhranına nümunələr gətirir və bu anlayışı dərindən araşdırır.


Eriksonun Martin Lüter haqqında yazdığı kitab onun ən uğurlu əsərlərindən hesab olunur.


Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)