• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Psixoloq / Psixiatr / Psixoterapevt

Updated: Jun 17, 2019

Psixologiya insan ruhu və davranışını öyrənən və çox sayda tətbiqi qolları olan elm sahəsidir. Onlardan bir neçəsi:

  • Təhsil psixologiyası psixologiyanın psixoloji nəzəriyyə və konseptləri rəsmi tədris şəraitində öyrətmə və öyrənmənin inkişafı və dərk edilməsi üçün tətbiq edən sahəsidir.

  • Klinik psixologiya psixologiyanın mental, emosional və davranış pozuntularının diaqnoz və müalicəsini öyrənən sahəsidir (BAX: Klinik psixoloq profili).

  • Sosial psixologiya fərdin sosial mühitdəki davranışını, mühitin fərd davranışı üzərindəki təsirlərini araşdıran və öyrənən elm sahəsidir.

  • Təşkilat psixologiyası psixologiyanın nəzəriyyə və prinsiplərini insanların təşkilatdaxili və təşkilatla bağlı davranışlarını öyrənən və bunu təşkilatların inkişafına tətbiq edən elm sahədir (BAX: Təşkilat psixologiyası nədir?).

Psixiatriya tibbin mental, emosional və davranış pozuntularının diaqnoz və müalicəsini öyrənən bir sahəsidir.

Psixoterapiya şəxsə davranışını dəyişmək və psixoloji problemlərini arzuolunan yöndə həll etmək üçün psixoloji metodların tətbiq olunmasıdır.



Psixoloq insan ruhu və davranışını psixologiyanın qəbul olunmuş metodları ilə öyrənən elm adamıdır.

Psixoterapevt şəxsə davranışını dəyişmək və psixoloji problemlərini arzuolunan yöndə həll etmək üçün psixoloji metodları tətbiq edən tərəfdir.

Psixiatr psixi pozuntu və maddə bağımlılığı da daxil olmaqla mental sağlamlıq üzrə mütəxəssisləşən və tibb üzrə doktorluq dərəcəsinə sahib olan həkimdir.



Psixoloq / PsixiatrPsixoloqdan fərqli olaraq psixiatrlar psixi pozuntuların müalicəsində dərman müalicəsi tətbiq etmə iqtidarındadırlar. Psixoloqlar isə bunun üçün yalnız psixoterapiya tətbiq edirlər.

Həmçinin oxu:

- Psixoterapiya və psixoloji konsultasiya

- "Nə zaman konsultasiya verə bilərəm?"— Psixoterapevt Şəbnəm Sadıqova ilə müsahibə

- Psixologiyanın tətbiqi sahəsi: Peşə və Təşkilat Psixologiyası

- Klinik psixoloq profili

Foto: Daniel Vegel

50 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)