• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

"Nə zaman konsultasiya verə bilərəm?"—Psixoterapevt Şəbnəm Sadıqova ilə müsahibə

Ölkəmizdə psixologiya təhsilli bir çox tələbə və məzunların bilməli olduğu məqamları gündəmə gətirmək niyyətindəyik. Bu istiqamətdə peşəkar fikrinin nə dərəcədə önəmli olduğunu diqqətə alaraq, 2017-ci ildə Bakıya gəlməsindən yararlanaraq, Hollandiyada ixtisaslaşmış, Norveç, Türkiyə və s. ölkələrdə sahəsi üzrə təhsil almış və hazırda Türkiyədə fəaliyyət göstərən həmyerlimiz psixoterapevt Şəbnəm Sadıqova ilə görüşüb onunla bu mövzu ətrafında kiçik müsahibə aldıq. Beləliklə, psixologiya üzrə karyera quracaq olan hər kəsi ən çox maraqlandıran sulları və Şəbnəm xanımın cavablarını yazılı formada sizə təqdim edirik.


Bir bakalavr tələbəsini ən çox düşündürən suallardan biri: Nə zaman konsultasiya verə bilərəm?

Özgüvən

Özgüvən bakalavr təhsili ilə yerinə gəlməyəcək. Bunun üçün sırf praktik psixologiyanı əldə etməlidir. Yəni pasienti qarşılamaqdan tutmuş, saat ayarlaması, pasientlə söhbətə girişdi, ilkin görüşmə detallarıdır.. yəni bunların hər biri praktik bilgi tələb edən bir şeydir. Bu bakalavrda verilmir bizə.


Lisenziya

Azərbaycanda lisenziya məsələsini bilmirəm necədir, məndə Hollandiya üzərindən getdiyi üçün, ölkədə müraciət etməyə ehtiyac olmayıb. Amma mənəvi – etik baxımdan danışsaq əgər, burada, praktik bir terapiya üzərindən, yaxud bir sahə üzərindən bilgi – təcrübə edilmişliyini təsdiq edən akreditasiyası sistemi olmalıdır.


Superviziya

Bunlarla bərabər, haradan baxsaq, gələcək terapevtin keçmişində bir supervizyon təhsilinin olmağı lazımdır. Bu olmadan bakalavr, hətta magistr da yetmir bizə. O olandan sonra artıq konsultasiya verə bilər. Ən az 4 il superviziya təcrübə mütləqdir.


Magistr təhsili nəyə görə vacibdir?

— Magistr ona görə vacibdir ki, bakalavrdan fərqli olaraq, magistr bir sahəyə yoğunlanır və o sahədə profesionallaşmağı üçün təhsil verir tələbəyə. Məsələn: klinik psixologiya deyiriksə, ümumi psixologiya üzrə bakalavrdan sonra klinik sahədə yoğunlanır tələbə. Orada daha çox şey öyrənir. Hərçənd, bu gün heç bakalavr ixtisasını bitirmədən, ikinci-üçüncü kursdan psixoloq kimi işləyir tələbələr. Onların özgüvəninə hörmətim var, bu yaxşı bir şeydir özgüvənli olmaq. Amma insan psixologiyası, insan sağlamlığı çox ciddi bir şeydir, ağır bir məsuliyyətdir. Bunun fərqində olmadan, gözüqara işləmək sizi heç bir yerə aparmaz.


Profesional psixoterapevt olmaq üçün nələrin olması vacibdir?

— Ümumiyyətlə, baza, əsas bilgilərin olması şərtdir. Burada insan anatomiyasından tutmuş, insan davranışları, heyvan davranışları və s. bunların hamısını bilmək önəmlidir. Bunlar isə bakalavr bilgilərində verilir. Hər şey magistr təhsilinə bağlıdır. Magistr təhsilini klinik psixologiya yönündə almaq istəyən tələbə, ən başlıca, gərək oranın verdiyi bilgilərlə yanaşı, əlavə kurslara getsin. Və bu dönəmdə, — təbii ki, bu bir az maddi imkana bağlı faktordur — özü də terapiya almalıdır. Bunu işlədikdən sonra edə biləcək zatən, amma, məsləhət görərdim ki, klinik psixologiya təhsilini aldığı dönəmdə alsın öz terapiyalarını.


Bu terapiyalar zamanı, terapevt olmazdan əvvəl o öz-özü ilə tanış olmalıdır. Çünki, əgər biz bu periodu atlatsaq, pasientlə işləyərkən özümüzlə məşğul olmağa başlayırıq və bu halda pasientə bir yararımız olmaz. O ata-ana problemindən danışarsa, əgər bizim eyni problemimiz varsa, onu dinləmək yerinə, diqqətimiz bizim özümüzə gedəcək. Biz özümüzlə bağlı, özümüzü müalicə etməklə uğraşacayıq o 50 dəqiqə müddətində və o insan heç bir yarar ala bilməyəcək. Və bizim də özgüvənimiz düşməyə başlayacaq ki "mən yaxşı psixoloq deyiləm", "yararlı ola bilmirəm", ya da ki o ankı gərginliyini pasientə yönəltməyə başlayacaq.

Qısacası, tələbə gərək əvvəlcə özü də terapiya alsın, klinik psixologiya təhsilini də alsın, əlavə kurslara, superviziyalara da daha çox getməyə başlasın.


Superviziya təhsili nədir və hansı şəkildə həyata keçirilir?

— Superviziya təhsilləri Azərbaycanda gördüyüm qədəriylə yoxdur, bir neçə tələbə psixiatr, psixoterapevt yanına gedirlər. Onunla keys müzakirələri edir, pasientləri haqqında danışırlar. Yaxud həmin o mütəxəxssis özü ilk başda slaydlar təqdim edir, pasientləri haqda danışır, nə etdiyini - necə etdiyini anlatır, işin sistemini öyrədir, sonra onlar gördükləri pasientləri müzakirəyə gəlirlər. Hər şey gizlilik içərisində, sadəcə prosedur anlatılır. Və bu, təsəvvür et, nələr qazandıra bilir tələbəyə. Yəni bildiyin, praktik olaraq bilgi əldə edəcək ki, bunu başqa cür almaq mümkün deyil. Məsələn, yetişkinlərlə seanslarda üçüncü şəxsin olmağı qadağandır. Uşaqlarla bunu edə bilirlər, təcrübəçi gəlib seansda otura bilir, lakin, yetişgin terapiyalarında bunu etmək mümkün deyil. O səbəbdən, tələbənin özünün terapiya almağı və supervizyon təhsili almağı ona çox şey qazandıracaq.


Ölkəmizdə superviziya təhsili varmı?

— Heç eşitməmişəm, kiminsə etdiyini burda. Əgər Azərbaycana yerləşsəm, planımda var. Lakin, hələ ki, yerləşməyi planlaşdırmıram. Tələbələr və yeni başlayanlar üçün, individual vəya kiçik qruplarla psixoterapiya təhsilini distant gerçəkləşdirməyim mümkündür.


Tələbə özü hər hansı peşəkara müraciət edib, superviziya dəstəyi istəyə bilər?

— Təbii ki, edə bilər. Araşdıraraq, psixiatr və psixoterapevtlərlə görüşüb, bu mövzuda istəkli olduqlarını bildirə bilərlər. Hər iki tərəfin iş üslubu üst-üstə düşürsə, fəaliyyətə başlayacaqlardır.


Qeyd edək ki, ixtisas sahələri yeniyetmə/gənc və yetgin psixologiyası olan Şəbnəm Sadıqova psixoterapevt və cinsi terapist olaraq fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur. Həmçinin ölkəmizdə ilk dəfə olaraq Online Psixoterapiya sistemini yaratmışdır.

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)