• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Qərar vermənizə təsir edən 2 təfəkkür qütbü

Xarici referensiyalı insanlar

Onlar qərar vermə zamanı ətrafdakıların fikrindən bir növ asılı qalır, kənardan təstiq almamış müstəqil addım atmağa çətinlik çəkirlər.Xarici referensiyalı davranışı geyim seçimi zamanı rəfiqəsinin fikrinə həddən artıq önəm verən bir xanımda, yaxud ətrafdan aldığı qıcıqlara əsasən öz reaksiyasını dəyişən, və ya göz önündə olmağı sevən insanlarda müşahidə edə bilərik. Məsələn, satış menecerləri satış edə bilmək üçün müştəriləri məmnun etməlidir. Bu səbəbdən, müştərilərin fikrini həmişə nəzərə almağa çalışır ki, bu da istər-istəməz həm də şəxsi keyfiyyətlərinə xarici referensiya kimi təzahür edir. Ünsiyyət zamanı onları inandırmaq, şübhəyə salmaq, yaxud öz fikrinə inandırmaq nisətən daha asandır. Buna səbəb, gələn informasiyanı təhlil etmək üçün şəxsi meyarları olmadığından, kənardan olan meyarlara ehtiyac duymasıdır. Bu halda, bir nəfərin dediyinə inanması mümkün deyilsə, bir neçə nəfərin təstiqi ilə artıq vəziyyət dəyişəcəkdir. Mənfi xüsusiyyəti başqalarının fikrinə çox əhəmiyyət verdiyi üçün tez-tez fikrini dəyişə bilməsidir. Məsələn, bir satıcı, müştərinin təəssüratı və reaksiyasına əsasən, asanlıqla ona nəzərdə tutulmayan endirim təklif edə bilir, yaxud satış meneceri satış planını tez-tez dəyişdirir və s. Bununla bərabər, xarici referensiya daha çox xidmət sektoru, müştəri ilə ünsiyyət tələb edən, icraçı vəzifələr üçün ən uyğun yanaşmadır.


Daxili referensiya

Qərar vermə zamanı öz fikirləri və öz şəxsi mövqeyi hər daim prioritetdir. Daxili referensiyalı insanlara fikrini dəyişdirmək, bir başqa fikri onlara qəbul etdirmək çox çətindir. Onlar mövqeyini, fikrini çətin və nadir hallarda dəyişirlər. Başqalarının fikri yalnız, öz şəxsi meyarları ilə üst-üstə düşdüyü halda, keçərli olur. Belə ki, daxili referensiyalı insanlarla ünsiyyət zamanı onu inandırmaq üçün bilməli olduğumuz ən önəmli fakt, həmin şəxsin daxili meyarlarıdır. Yalnız bu halda öz fikrimizi onun meyarları ilə təstiqləyərək qarşı tərəfi inandıra bilərik. Karyera baxımdan yanaşsaq, daxili referensiyalı insanlar daha çox hüquqçünas, keyfiyyət meneceri, rəhbər, auditor, baş mühasib, vergi müfəttişi və s. kimi peşələrə daha uyğundur. Belə ki, bu kimi pozisiyalarda kadrın ən önəmli üstünlüyü müstəqil qərar verə bilmə və öz mövqeyini müdafiə etmə bacarığıdır ki, bu da daxili referensiyalı yanaşmanın özəlliyidir. Lakin daxili referensiyanın başqalarının fikrini qulaqardı etmək, şəxsi və ya pozisional mövqeyini üstün tutmaq kimi xüsusiyyətləri, ona müştəri yönümlü fəaliyyət tələb edən sahələrdə, kiçik icraçı vəzifələri həyata keçirməyi uğursuzluqla nəticələndirir. Bu kimi vəzifələrdə çalışmazdan öncə və ya hazırlıq mərhələsində referensiya üzərində çalışmaq, onu icra olunacaq peşə fəaliyyəti üçün uyğun vəziyyətə gətirmək lazımdır.


Əgər referensiya, nəzərdə tutduğumuz peşə fəaliyyətində çalışmaq üçün münasib deyilsə, vəzifələrdə çalışmazdan öncə və ya hazırlıq mərhələsində referensiya üzərində işləmək, onu icra olunacaq fəaliyyət üçün uyğun vəziyyətə gətirmək mümkündür.


Beləcə, bir insanın metaproqramını bəlli etməklə (burada daxili və ya xarici referensiyalı olduğunu öyrənməklə), həm daha uğurlu ünsiyyət strategiyasını hansı mexanizm üzərindən quracağımızı, həm hansı fəaliyyətdə uyğurlu ola biləcəyini və də peşədə nəyə görə uğursuz olmasının səbəblərini aşkar edə bilərik.

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)