• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

İndividual Psixologiya Məktəbi | Alfred Adler

Updated: Feb 18


Alfred Adler 1870-ci il, Fevralın 7-si yahudi tacir ailəsində anadan olub. Uşaqlıqda Adler raxit xəstəliyindən əziyyət çəkdiyindən, yalnız 4 yaşında ayaq açıb gəzməyə başlamışdır. 5 yaşında isə pnevmoniyayadan ölümcül vəziyyətə düşmüşdür. Bununla bərabər, Alfred gələcəkdə tibbə maraq göstərəcək, həkimlik peşəsinə yiyələnəcəkdi.


Tibb məktəbini bitirdikdən sonra Alfred oftalmoloq kimi çalışır və zamanla ixtisasını təkmilləşdirərək terapevt kimi fəaliyyətinə davam etmişdir. O Vyanada cəmiyyətin əsasən, kasıb nümayəndələri yaşayan hissəsində kabinet açır. Yaxınlıqda həm də sirk olduğundan, Adlerin müştəriləri əsasən, sirk işçiləri idi. Bu qeyri-adi insanların keyfiyyətlərini araşdıraraq orqanların natamamlığı nəzəriyyəsi üzərində işləməyə başlayır ki, bu araşdırması da ona gələcəkdə ən önəmli elmi nailiyyətlərinə yol açır.


Sonralar Adler tədricən oftalmologiyadan tamamilə uzaqlaşır, belə ki psixologiya artıq onun dərin marağına səbəb olmuşdu. 1907-ci ildə o Z. Freydin diskussiya qrupuna dəvət olunur. Zamanla bu qrup böyüyərək Vyana Psixoanalitik Cəmiyyətinə çevrilir və Freyd Adleri bu birliyin məlumat mərkəzinə prezident təyin edir. Bu birliyin üzvü və prezidenti olmasına baxmayaraq, Adler Freydin bir sıra nəzəriyyələri ilə razı olmadığını açıq aydın bildirirdi. Bir müddət sonra isə Freyd tərəfdarları ilə Adler arasındakı kəskin konflikt sonrası Adler və Vyana psixoanalitik cəmiyyətinin daha 9 üzvü heyətdən ayrılır. Onlar 1911-ci ildə İndividual Psixologiya Cəmiyyətini Azad Psixoanaliz adı ilə yaradırlar ki, təşkilatın adını da sonradan dəyişirlər.



Freydə psixoanalizin inkişafı üçün dəstək olmasına baxmayaraq, Adler psixoanaliz məktəbini ilk tərk edənlər sırasında olması ilə bərabər, həmçinin özünün individual psixologiya məktəbinin əsasını qoymuş olur.


Bu elmi istiqamət tərəfindən irəli sürülən ideyalar arasında ən əhəmiyyətlisi natamamlıq kompleksi idi. Bu konsepsiyaya görə, şəxsin individuallığı və davranışı anadangəlmə natamamlıq hisslərini dəf etmək üçün həyata keçirilən fəaliyyətin nəticəsidir.


BDM zamanı Adler həkim kimi ön cəbhədə, daha sora uşaq xəstəxanasında çalışırdı. İkinci Dünya Müharibəsinin başlaması ilə Adlerin bütün klinikaları yahudi olması səbəbilə bağlanılmışdır. Adler özü isə ABŞ-a getməyə məcbur qalmış və orada tibb kollecində çalışmağa başlayır.


Alfred Adler 1937-ci il, Mayın 28-də ürək tutmasından vəfat edir.

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)