• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Pozitiv sülh nə deməkdir?



Konfliktlərin həlli zamanı diqqət olunacaq məqamlardan biri də Pozitiv sülh anlayışıdır. Bu yazıda hər hansı bir konfliktin öz həllini nə dərəcədə tapdığını ölçmək üçün diqqət yetirilən “pozitiv sülh” və onun alternativi olan “neqativ sülh” məvhumlarını nəzərdən keçiririk. Belə ki: Pozitiv sülh anlayışı sosial ədalət, siyasi iştirak, ekoloji balans, iqtisadi bərabərliklə xarakterizə olunan reallığın yaradılması ilə əlaqələndirilir (Bess, 1993, p. 182). Pozitiv sülh aclıq, kasıblıq, cəhalət, istismar, işsizlik kimi halların kökünü kəsməyə yönələn proseslə əlaqələndirlir (Shivji, 1989). Pozitiv sülh hər kəsə tətbiq olunan ədalət prinsipləri üzərində qurulur. Çox zaman sülh deyərkən, yanlış olaraq sadəcə zorakılıq və gərginliyin yoxluğu, narazılığın açıq ifadə olunmadığı sabitlik və s. Nəzərdə tutulur. Lakin sülh sadəcə zorakılıq və gərginliyin yoxluğundan ibarət deyildir.


Pozitiv sülhlə yanaşı, “neqativ sülh” anlayışı da mövcuddur ki, bu da sülh haqqında təsəvvürün təhrif olunmuş formasıdır. Neqativ sülh “sülh və əmin-amanlığın” ədalətsiz yollarla təmin olunmasıdır. Neqativ sülh zamanı açıq-aydın konfliktə rast gəlinməməsinə rəğmən, gərginlik gizli formada davam etməkdədir. Çünki mövcud konflikt ədalət prinsipi üzərindəki həllini tapmayıb. Məsələn, şirkət müştəriyə ödəniş qarşılığında vəd etdiyi xidməti təmin etməməsinə rəğmən, müştərini yanıltmaq, altadmaqla razı salıb, şikayətdən qaçınmağa vadar edir. Lakin müştəriyə yaratdığı problemi həll etmək yerinə, “sülh və əmin-amanlığı” ədalətsiz yollarla təmin edir. Bu zaman sülh pozitiv deyil, neqativ sülh adlanır.


Dəyərli qalın,

Məlahət Hacıyeva

Psixoloq

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)