- Məlahət Hacıyeva
Peşə və Təşkilat Psixologiyası
Əvvəllər peşə psixologiyası kimi tanınan bu sahə müasir dövrümüzdə artıq peşə-təşkilat psixologiyası adını alıb. Bu sahə 20-ci əsrin əvvəllərində Hugo Münsterberg və Dill Scott -un (hər ikisi alman psixoloqu Wilhelm Wundt tələbəsidir) elmi işləri ilə başlayaraq Birləşmiş Ştatlarda formalaşmağa başlayıb. Bu elmin praktik tədbiqi isə Frederick W. Taylor-un geniş fəaliyyəti ilə bağlıdır. Peşə-təşkilat psixologiyasının inkişafı BDM, və daha da çox İDM-dən sonra sürətlənmişdir.
Bəzi peşə-təşkilat psixoloqları işçi heyətinin seçimi və təlim metodlarını araşdırarkən, bir digərləri şirkətlərin idarəetmə üslublarını analiz edir və ya iş mühitində ruh yüksəkliyinin, işçilərin iş məmnuniyyəti və iş məhsuldarlığının yüksək tutulması üsulları üzərində çalışırlar. Əsasən, statistikalarla işləyən peşə-təşkilat psixoloqları elmə əsasanaraq, şirkət və təşkilatların qoyulan hədəflərə uğurla çatması amalı üçün insanların daha çox iş və ya hər hansı təşkilat, təşkilati cəmiyyət mühitindəki davranışlarını tədqiq edirlər.
Peşə və təşkilat psixoloqları tədqiqatları boyunca:
İş mühiti və onun heyət üzərindəki təsirlərini öyrənir
Komanda və üzvlərinin motivasiya mənbələrini araşdırır
Heyət və müştəri davranışlarını öyrənir
Təşkilatların idarəetmə tərzlərini tədqiq edir
Komanda üçün ən uyğun liderlik tərzlərini təyin edir
Əməkdaş və müştərilərin konflikt həllərini araşdırır
Peşə və təşkilat psixoloqları öz peşəkar fəaliyyəti boyunca:
Psixoloji araşdırma və tədqiqatlarını iş yerinə tədbiq edir
İnsan resusrsları şöbəsi ilə əməkdaşlıq edir
İş mühitində yüksək motivasiya üçün tədbirlər görür
Zəruri təlim və inkişaf proqramların təyin edir
Ən uyğun namizədləri seçməyə kömək edir
İş performansını dəyərləndirir
Təşkilati strukturu təkmilləşdirir
İşçi və rəhbərlər üçün həyat keyfiyyətini yüksəldir
Konsultant kimi fəaliyyət göstərir