• Məlahət Hacıyeva

EKSTREMAL MÜHİTDƏ İŞ PERFORMANSI. NƏYƏ DİQQƏT ETMƏLİ? | COVID-19

Mançester Universitetinin araşdırmaçı qrupu Covid-19 ilə əlaqəli əsasən, tibb işçi heyəti üçün nəzərdə tutulan, lakin bununla belə, bir çox digər heyətlərlə də işləməyə faydalı ola biləcək addım və təlimlatlar hazırlayıblar. Bu addımlar çərçivəsində diqqət ayırılan məqamlardan biri ekstremal iş mühitində covid-19 vəziyyətindən qaynaqlanan stressorların təsiri altında işçilərin iş performansı ilə birbaşa əlaqəlidir. Araşdırmaçılardan Dr Nathan Smith, Professor Emma Barrett-in ərsəyə gətirdiyi təlimatı azərbaycandilli oxuculara təqdim edirik.


Ekstremal stressorlar


Extremal stressorlar nə üçün əhəmiyyətlidir?

İş vəzifələrini yerinə yetirərkən, covid-19 işçiləri bir neçə ektremal stressorlarla üzləşə bilər. Bu stressorlar fərdlərin öz işini həyata keçirmə bacarıqlarına təsir edə bilər. Qarşılıqlı asılılığı yüksək olan komandalarda stressorların fərdi səviyyədə təsiri sağlamlıq, iş performansı, həmçinin, işçi və pasientlərlə yanaşı, həm də başqalarının sağlamlıq və rifahında öz əksini göstərə bilər.


Əsas anlayışlar

İlk öncə stressor və stress anlayışlarını ayırd etmək önəmlidir. Stressorlar stress reaksiyasına səbəb olan amillərdir. Stress isə özü-özlüyündə fiziki və psixoloji olaraq, yaşanıla bilir.


İşçilərin Covid-19 partlayışıa verdiyi reaksiyada üzləşdiyi fiziki, fizioloji, psixoloji və sosial, yaxud interpersonal stressorlar vardır:

  • Yuxu yetərsizliyi: işçilər yatmağa az vaxt ayırmaqla, uzun müddətli iş növbələrinə qalmalı ola bilərlər.

  • Yorğunluq: yuxusuzluq və ağır iş yükü fərdlərin özünü yorğun və tükənmiş hiss etməsinə gətirib çıxara bilir.

  • Təkrarçılıq: uzunmüddətli davamlı öhdəliklər təkrarçılıq və monotonluq hissinə gətirib çıxara bilir.

  • Aclıq: yemək yeməyə zaman çatışmazlığı, və yaxud faydalı yemək hazırlamaq üçün həddən artıq yorğunluq işçilərin yemək vərdişlərinin korlanmasına gətirib çıxara bilir.

  • Susuzluq: limitli maye qəbulu və geyinilən qoruyucu təchizatlar susuzluğa səbəb ola bilər.

  • Qoruyucu təchizatların yükü: qoruyucu geyimlər iş tapşırıqlarının yerinə yetirilməsinə mane olmaqla yanaşı, həm də dəri ilə uzunmüddətli kontaktı nəticəsində dəri iltihablarına səbəb ola bilər.

  • Təhlükə: virusa yüksək yoluxma riski işçiləri şəxsi sağlamlığının təhdid altında olduğu hissinə düçar edə bilər.

  • Qarşılıqlı asılılıq: uzun müddət başqaları ilə çiyin-çiyinə çalışmaq və bir-birindən asılı olmaq gərginlik hissinə gətirib çıxara bilər.

  • Mədəni fərqlər: müxtəlif mədəniyyətdən olan insanlarla eyni komandada çalışmaq işi həyata keçirmədə çətinliklər yarada bilər.

İşçi bu stressorlardan biri ilə üzləşdikdə çox zaman problem yaranmır. Əsas məsələ o zaman yaranır ki, bu stressorlardan bir neçəsi və ya hamısı eyni zamanda üzləşilir. Bu zaman stressor/ların sərtliyi yüksəlir və iş performansında ciddi enişlərə səbəb olduğu kimi, sağlamlıq və rifaha da nəzərəçarpan xətər yetirə bilir. Misal üçün, stressorlar qərar qəbul etmədə önəmli məlumatları gözdən qaçırmağa, yaxud frustrasiyaya, davranışda qıcıqlanmaya və s. səbəb ola bilər ki, bu da öz növbəsində əməkdaşlarla mübahisələrə gətirib çıxara bilir.


Fərdləri stressorların öhdəsindən effektiv gələ bilmək üçün resurs və texnikalarla təchiz etmək sağlam düşüncə və reaksiya, həmçinin iş məmnuniyyəti və çətinliklərə rəğmən işi başa çatdırmağın verdiyi qürur hissinə gətirib çıxara bilər.


Praktiki tövsiyyələr

  • İşçilər düzgün yuxu rejiminə riayət etməyə təşfiq olunmalıdır. Bu təşfiq olunmaya mobil cihazlardan və sosial mediadan yuxu öncəsi istifadənin məhdudlaşdırılmasını daxil edə bilərik. Yuxu məhrumiyyətinə məruz qaldıqda qısamüddətli (20-30 dəq.) yuxulama yuxu tələbatını qismən azalda bilər.

  • Kofein (200-300 mg dozada) yorğunluğun öhdəsindən gəlməyə kömək edə bilər. Bu alternaivə ehtiyatla yanaşılmalı və yuxunu iqnor etmək məqsədi ilə ifratlaşdırılmamalıdır.

  • Aydın iş tapşırıqları listinə və keçilməli olan verbal protokollar ayıqlığı təmin etməyə və təkrarçılıqdan, səhvlərdən qaçınmağa kömək edə bilər.

  • Həvəsləndirici və sağlam qida rejimi çox vacibdir. İş cədvəli yemək fasiləsinə münasib deyilsə, çərəzlər köməkçi ola bilər.

  • Susuzluğun xüsusi sidik testləri vasitəsilə yoxlanılması işçi heyətinə bədənin susuzluq dərəcəsinə nəzarət və onu idarə etməyə yardımçı ola bilər.

  • Qida və içki güclü təsirə malik psixoloji alət ola bilər. Komandalar birlikdə yemək fasilələrini birlikdə keçirməyə həvəsləndirilməlidirlər. Bu, birlik hissi, əhval-ruhiyyə və ruh yeksəkliyi üçün vacibdir.

  • Qoruyucu geyimlərin təsiri ilə dəridə yarana bilən iltihablara diqqətli olmaq və tədbir görmək lazımdır.

  • Təhlükə və hədə hissini azaltmaq üçün işçilərin narazılıqlarını bildirə biləcəyi məqamın olması vacibdir. İşçilər əmin olmaıdırlar ki, onlar dinlənilir və narazılıqlarına həll yolu tapılır. Bu əminlik, təhlükə və hədə hisslərini azaldır.

  • İşçiləri diqqəti prosesə və onların prosesdəki roluna yönıltməyə həvəsləndirmək lazımdır. Prosesin nəticələri, və gələcəkdən gözləntilərə yönəlmək yerinə burada və indi edə biləcəklərinə diqqət ayırmaq kömək edə bilər.

  • Şəxslərarası konfliktlərdən qaçınmaq üçün özünü-kontrol və təmkin vurğulanmalıdır. Problem yaranarkən onu sakit, təmkinli ortamda müzakirə etmək tövsiyyə olunur. Liderlər tərəfindən yaradılan psixoloji sağlam mühit açıq və dürüst danışıqları mümkün edəcəkdir.

Mənbə:

“The Psychologist” jurnalı, May, 2020. Britaniya Psixoloqlar Cəmiyyəti;

Support The Workers.

© 2020 by Malahat Hajiyeva.