- Məlahət Hacıyeva
SƏHV SALINAN 5 TERMİN
Əminəm ki, böyük əksəriyyət bu 5 anlayışı çox zaman sinonim kimi anlayır. Onların fərqini aydınlatmaq üçün, rus/ingilis dillərindəki qarşılığını qeyd etməklə Azərbaycan dilinin izahlı lüğətinə əsaslanıram:
ÖLKƏ (СТРАНА / COUNTRY)
1. Məmləkət, diyar; yer, ərazi.
2. Bir dövlətin idarəsi altında olan yerlər
3. Tərkibində muxtar vilayət olan böyük inzibati-ərazi bölgüsü
DÖVLƏT (ГОСУДАРСТВО / STATE)
1. Ölkənin hakim sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədini daşıyan siyasi təşkilatı, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü.
HÖKUMƏT (ПРАВИТЕЛЬСТВО / GOVERNMENT)
1. Dövlət hakimiyyətinin, dövləti bilavasitə idarə edən icraedici və sərəncamverici orqanı.
XALQ (НАРОД / PEOPLE)
1. Ölkənin, dövlətin sakinləri, əhalisi.
2. Millət.
3. Eyni yerdə yaşayan adamlar, camaat.
MİLLƏT (НАЦИЯ / NATION)
1. İnsanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi.
2. Dövlət, ölkə mənasında. Birləşmiş Millətlər Təşkilatı.