• Məlahət Hacıyeva

Rəqabət və iş performansı

Rəqabət hissi niyə hədəfimizə çatmağa mane olur?


Hansı halda rəqabət hissi bizi başqa insanların şəxsi hədəflərini öz hədəflərimiz bahasına məhv etməyə gətirib çıxarır?

Deyək ki, marafon yarışlarına qatılmağı planlaşdırırsınız və ağlınızda bəlli vaxt hədəfi var. Və ya çəki azaltmaq üçün diet saxlayırsınız və hədəfiniz 6 həftəyə 6 kiloqram çəki itirməkdir. Yaxud da yaxında imtahanınız olacaq və siz 75% üstü nəticə almaq niyyətindəsiniz. Bunların hər biri hədəfə doğru fərdi addımlardır. Nəzəriyyəyə əsasən, siz hətta qaşış klubu, çəki itirmə qrupunun üzvü, bakalavr tələbəsi olmanıza baxmayaraq, kiminləsə birbaşa rəqabətdə deyilsiniz.

Şəxsi hədəfləri paylaşıb başqalarının hədəflərini öyrənməklə ortaq stimul, emosional dəstək və motivasiya almağın faydaları üzərindən çoxsaylı nümunə var. Lakin bir “Journal of Personality and Social Psychology” yazısından aydın olur ki, bəlli şərtlər altında biz, başqaları ilə rəqabətdə olduğumuzdan özümüzə faydalı ola bilmirik və bu təəccüblü görünsə də, qeyri-məhsuldar nəticələrə gətirib çıxarır. Araşdırmalar göstərir ki, biz oxşar hədəflər üzrə bacarıqlı biri ilə bir araya gəldikdə həmin adamı potensial rəqib kimi görməyə başlayırıq ki, bu da öz fəliyyətimizi “rəqib”-in bütün səylərini məhv etməyə (bir növ özümüz üçün zərərsizləşdirməyə) yönəldərək şəxsi performansımızın da zərər görməsinə gətirib çıxarır.

“Fərdi hədəflərə başqaları ilə birlikdə addımlamaq bəzən nəinki başqalarına, hətta özünə ziyan bahasına başa gələn qeyri-məhsuldar davranışlara gətirib çıxara bilir” — deyə Stenford Universitetindən Szu-chi Huang və həmkarları öz məruzələrində bildirir.

Araşdırmaçılar 6 təcrübə həyata keçirir. İlkin olaraq, 200 iştirakçı verilmiş hərflərdən mümkün qədər çox söz yığmalı olduqları “söz yaradıcılığı” tapşırığı üzərində çalışırlar. Onlara daha öncə hər roundda daha yüksək göstəricilər almış “yoldaş”-ı ilə (əslində süni olaraq seçilmiş biri) birlikdə çalışacaqları bildirilir. İştirakçılara fərdi hədəflər verilir: Yetərli sayda söz qura biləcək olan hədiyyə kartı ilə mükafatlandırılacaq. Bir məqam da qeyd olunmalıdır ki, iştirakçıların tapşırığı öz həmkarları üçün çətinləşdirmək və ya asanlaşdırmaq imkanları da var idi və onlar bu imkanı dəyərləndirirlər. Hətta yoldaşının performansının nəticə olaraq ortaq hədəfə zərərli olduğu halda belə, iştirakçılar həmin o yoldaşı üçün tapşırığı çətinləşdirməyə meylli idilər. Üstəlik, buna nail olduqdan sonra isə öz səylərinə rahatlıqla əmək sərf edə bilirlər.

Bəzilərinin fərqli tip tapşırıqları (məsələn, kart oyunu) əhatə etdiyi sonrakı bir sıra eksperimentlər də göstərir ki, başqalarını aradan qaldırıb və ardından çətinlik çəkmədən şəxsi hədəfə çatma halı iştirakçıların öz yoldaşından azca irəli və ya geridə olmasından asılı olaraq meydana çıxır. Sonrakı araşdırmalar aşkar edir ki, yalnız məhvetmə cəhdlərinin uğurla nəticələndiyini görən iştirakçılar, rahatlayaraq öz səylərinə yönəlirdilər.

Araşdırmaçılar yazır: “Sonradan edilən araşdırmalardan o qənaətə gəlinir ki, məhvetmənin əsas məqsədi “rəqibi aradan qaldırmaq” idi. İştirakçılar hətta bu onların öz hədəfləri ilə ziddiyyət təşkil etsə də, məhvetmə fəaliyyəti uğurla həyata keçirildikdə, öz səylərini səngidirdilər”.

Huang və onun həmkarlarına görə, onların bu kəşfi göstərir ki, bizimlə oxşar hədəfləri paylaşan başqa insanlar olmadan təkbaşına fəaliyyət göstərdikdə biz, rəqabətcil olmaq məsələsində özümüzə fayda verə bilmirik. Bu isə öz növbəsində, bizi özünü təkmilləşdirən biri yerinə, səylərini yalnız rəqibi aradan qaldırdıqdan sonra səngidən birinə çevirir. “Bu bir gözlənilməz hal kimi, insanların öz hədəflərinə nail olma fəaliyyətinin qeyri-məhsuldarlığına səbəb olur”, — deyə araşdırmaçılar qeyd edir.

Bu təcrübə hədəfə doğru addımlamanın sosial tərəfi üzrə geniş araşdırmalara yol açır. Görünür, baxmayaraq ki, biz “yol yoldaşlığımızın” erkən mərhələrində bir-birimizə dəstək ola bilirik, hədəf aydınlananda bu münasibət zədə ala bilər. Bu barədə məlumatlı olmaq sizə başqa insanların inkişafına olan diqqəti nə zaman dayandırmalı və artıq nə zaman öz addımlarınız üçün daha çox səy göstərməli olduğunuz məsələsini daha yaxşı dərk etməyə köməkçi ola bilər.

Müəllif: Emma Young, Britaniya Psixoloqlar Asossiasiyası Araşdırmalar Toplusunun yazar heyyəti

Tərcümə: Məlahət Hacıyeva

Yazının orijinalı üçün klik edin


© 2020 by Malahat Hajiyeva.