• Məlahət Hacıyeva

Səhv salınan 5 termin

Updated: Sep 24

Əminəm ki, böyük əksəriyyət dövlət təşkilatlarına aid bu 5 anlayışı çox zaman sinonim kimi anlayır. Onların fərqini aydınlatmaq üçün, rus/ingilis dillərindəki qarşılığını qeyd etməklə Azərbaycan dilinin izahlı lüğətinə əsaslanıram:

ÖLKƏ (СТРАНА / COUNTRY)

1. Məmləkət, diyar; yer, ərazi.

2. Bir dövlətin idarəsi altında olan yerlər

3. Tərkibində muxtar vilayət olan böyük inzibati-ərazi bölgüs

DÖVLƏT (ГОСУДАРСТВО / STATE)

1. Ölkənin hakim sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədini daşıyan siyasi təşkilatı, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü.

HÖKUMƏT (ПРАВИТЕЛЬСТВО / GOVERNMENT)

1. Dövlət hakimiyyətinin, dövləti bilavasitə idarə edən icraedici və sərəncamverici orqanı

XALQ (НАРОД / PEOPLE)

1. Ölkənin, dövlətin sakinləri, əhalisi.

2. Millət.

3. Eyni yerdə yaşayan adamlar, camaat.


MİLLƏT (НАЦИЯ / NATION)

1. İnsanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi.

2. Dövlət, ölkə mənasında. Birləşmiş Millətlər Təşkilatı.



Dəyərli qalın,

Məlahət Hacıyeva.

© 2020 by Malahat Hajiyeva.