Məlahət Hacıyeva

Məlahət Hacıyeva əsas fəaliyyət sahəsi Təşkilat psixologiyasını əhatə edən azərbaycanlı psixoloq-konsultant və karyera məsləhətçisidir. 

2013-cü ildən Psixologiya sahəsində fəaliyyətə başlayan psixoloq, müxtəlif təşkilatlarda təlimçi assistanı, layihə meneceri, tədris üzrə keyfiyyət meneceri, filial rəhbəri və direktor müavini kimi fəaliyyət göstərmişdir. Fəaliyyəti boyunca başçılıq etdiyi layihələr, əsasən, karyera quruculuğunda konsaltinq və şəxsi inkişaf proqramları, həmçinin özəl tədris mərkəzlərinin fəaliyyətinə yönəlmişdir. 

2015-ci ildən etibarən Hacıyeva, peşə seçimi, karyera quruculuğunda ailə basqısı, iş yerində və ya yaxın əhatədə təcrid və təklənmə və bu kimi əlaqəli mövzulara diqqət ayırmaqla, psixoloq-konsultant olaraq fəaliyyətə başlamışdır. Xanım Hacıyeva, eyni zamanda 2016-cı ilədən başlayaraq, Azərbaycanda özəl tədris mərkəzləri ilə məsləhətiçi konsultant olaraq da fəaliyyət göstərmişdir.

Akademik karyerası boyunca, bakalavr dərəcəsini Azərbaycan Dövlət Pedaqoji Universitetində (Azərbaycan, 2015) almışdır. Praktik iş təcrübəsinə diqqət ayırmaqla akademik karyerasında bir neçə illik fasilədən vermiş və hazırda Vytautas Magnus University-də (Litva) magistr dərəcəsi üzrə təhsil almaqdadır.

Hacıyeva hazırda Litvada yaşayır və psixologiyada peşəkarlıq və elmi təbliğ etmək niyyəti ilə şəxsi bloqu və digər portallar üzərindən yazılarını dərc etdirir. Bununla bərabər, psixoloq cari olaraq onlayn psixoloji konsultasiya və konsaltinq sessiyaları verməkdədir.

Sosial şəbəkələrdə izləyin

  • facebook
  • linkedin
  • instagram
  • whatsapp
Məlahət Hacıyevanın yazılarını həm də coaching.az  kouçinq və şəxsi inkişaf portalından oxuya bilərsiniz.

Tel.: (+370) 608 99 294

       (+994) 55 919 37 32

E.:   malahat.hajiyeva@vdu.lt

Kaunas, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)